Bank Of Baku

Azərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək

Azərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək
# 15 sentyabr 2008 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC bu ilin dekabr ayının 20-də Cenevrədə (İsveçrə) «5 qitənin keyfiyyət və kəmiyyətə görə mükafatlandırılması» mövzusunda keçiriləcək beynəlxalq qurultayda iştirak edəcək. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.
Şirkət tədbirin təşkilatçısı, Fransanın «Association Other Ways Management and Consulting – France» şirkətindən iştirakla bağlı dəvət alıb.
Kampaniyanın məqsədi dünyada fəaliyyət göstərən müəssisələrin idarəetmə, rabitə və inkişaf sisteminə inteqrasiyasına aid məlumatların verilməsindən ibarətdir. Tədbirdə mükafatlandırılmış şirkətlər çoxsahəli forumda məşhur olmaq imkanı qazanacaq.
Qurultayda iştirakçılara təcrübə mübadiləsi aparmaq, peşəkar kommersiya əlaqələri yaratmaq, son yeniliklər, yeni texnologiyalar və bazarlar haqqında məlumatlar əldə etmək imkanları yaradılacaq.
Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC 2006-cı ildə ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) iştirakı ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR