Bank Of Baku

Noyabra qədər Naxçıvanın bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaq

Noyabra qədər Naxçıvanın  bütün  yaşayış  məntəqələri təbii qazla təmin olunacaq
# 15 sentyabr 2008 14:06 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Noyabr ayına qədər Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaq. «Naxçıvanqaz» MMC-dən APA-ya verilən məlumata görə, indiyədək regionun Culfa, Babək, Şahbuz, Ordubad, Kəngərli və Sədərək rayonları üzrə bütün yaşayış məntəqələri tamamilə qazlaşdırılıb. Hazırda yalnız Şərur rayonunun 8 kəndində təbii qazdan istifadə olunmur. Həmin kəndlərin qazlaşdırılması ilə muxtar respublikanın bütün yaşayış məntəqələrinin qazla təchizatı başa çatdırılacaq. Yeni qaz xətlərinin çəkilişi və qazlaşdırmanın tam başa çatması ilə muxtar respublika üzrə abonentlərin sayı 76 minə çatacaq. «Naxçıvanqaz» MMC-dən onu da bildiriblər ki, növbəti mərhələdə regionun idarə, müəssisə və təşkilatların qazla təchizatı həyata keçiriləcək. İndiyədək 701 təşkilat mavi yanacaqla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR