Bank Of Baku

Sabah Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü qeyd olunur

Sabah Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü qeyd olunur
# 15 sentyabr 2008 14:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl yerinə yetirməyə çalışır. Bu barədə «APA-Economics»ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Azərbaycan mühüm ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985-ci il), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun qəbul edib. Ratifikasiyadan sonra BMT-nin Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə «Çinar» soyuducuları, Sumqayıt kompressorlar zavodları və yanğınsöndürmə idarələrində istifadə olunan ODM-nin istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə edilən və ODM olan soyuducu agentlərin bərpa və yenidən istifadəsi, təlimatçı və texniklərin öyrədilməsi üzrə layihələr həyata keçirib.
Məlumatda qeyd edilir ki, Azərbaycan hökumətinin ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlanıb və görülən işlər qəbul olunmuş strategiya əsasında həyata keçirilir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyası 1994-cü ildə sentyabrın 16-nı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR