Bank Of Baku

Bakının sosial müdafiə mərkəzlərində əhalinin ünvanlı sosial yardımla bağlı şikayətləri araşdırılır

Bakının sosial müdafiə mərkəzlərində əhalinin ünvanlı sosial yardımla bağlı şikayətləri araşdırılır
# 15 sentyabr 2008 15:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla əlaqədar vətəndaşlardan daxil olan ərizə və şikayətləri yerində araşdırmaq məqsədi ilə Bakının yerli sosial müdafiə mərkəzlərində monitorinq keçirir.
Nazirliyinin şöbə müdiri Natiq Qasımov «APA-Economics»ə bildirib ki, son 2 ay ərzində respublikanın 47 rayonunda bu sahədə monitorinq aparılması məqsədilə 969 ərizəçi qəbul edilib. Qəbul yerli icra orqanları, bələdiyyə və nazirliyin yerli strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Bu monitorinqlər nəticəsində 114 nəfərə sosial yardımın alınması üçün zəruri olan sənədlərin toplanmasında yardım göstərilib: «Buna baxmayaraq, 31 nəfər ərizəçi yenə iddialı qalıb. İddialı olanlar əsasən, əmək qabiliyyətli olub işləmək istəməyənlər və qanunvericiliyin tələblərinə uyğun olmayanlardır. Bununla yanaşı, monitorinq zamanı yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə müraciət edənlərə mövcud qanunvericiliyin ətraflı izah edilmədiyi, kobud rəftarlara yol verildiyi də aşkarlanıb».
N.Qasımov bildirib ki, bu nöqsanlarla əlaqədar mərkəzlərdə çalışan 29 baş məsləhətçiyə töhmət verilib. Şöbə müdirinin sözlərinə görə, bundan sonra nazirliyinin yerli strukturları tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılması, əhali arasında maarifləndirmə işini gücləndirmək məqsədi ilə ildə bir dəfə belə monitorinqlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR