Bank Of Baku

Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı”nı təsdiq edib

Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı”nı təsdiq edib
# 15 sentyabr 2008 15:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilib, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunub. “Prezidentin 2003-cü il 20 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib”. Sərəncama əsasən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilib, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR