Bank Of Baku

Dünya Hemofiliya Federasiyasının prezidenti Azərbaycana gələcək

Dünya Hemofiliya Federasiyasının prezidenti Azərbaycana gələcək
# 18 sentyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Dünya Hemofiliya Federasiyası MDB dövlətləri arasında hemofiliya sahəsində görülən işlərə görə Azərbaycanın lider olduğunu bildirib. Bu barədə APA-ya Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. Görülən işləri nəzərə alıb sentyabrın 20-23-də Dünya Hemofiliya Federasiyasının prezidenti Mark Skiner, qurumun Avropa dövlətləri üzrə proqramlar koordinatoru Ketrin Hudon, kanadalı professor Greiq Blamey və italiyalı professor Luiqi Solemano Azərbaycana səfər edəcək.
Sentyabrın 20-21-də Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində simpoziumun keçirilməsi nəzərdə tutulub. Simpoziumun məqsədi 2 günlük təlim kursu zamanı iştirakçıları hemofilıiyanın fəsadları olan hərəkət-dayaq sisteminin pozulmalarının qarşısının alınması və bərpasında istifadə olunan müasir vasitələrlə tanış etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR