Bank Of Baku

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində hazırlanan saziş layihəsi üzrə bir sıra razılaşma əldə edilib

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində hazırlanan saziş layihəsi üzrə bir sıra razılaşma əldə edilib
# 18 sentyabr 2008 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Belarusun dövlət sosial sığorta və pensiya orqanının mütəxəssislərindən ibarət ekspert qrupunun sentyabrın 15-dən Azərbaycana başlayan səfəri dünən yekunlaşıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonunun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, ekspertlər səviyyəsində Bakıda aparılan müzakirələr zamanı Belarus və Azərbaycan hökumətləri arasında pensiya təminatı sahəsində saziş layihəsi müzakirə edilib. Müzakirələr zamanı bir sıra problem, o cümlədən daimi yaşamaq üçün bu və ya digər ölkənin ərazisinə köçmüş şəxslərə pensiyaların təyin edilməsi və ödənilməsi məsələləri bir daha nəzərdən keçirilib. Üç gün aparılan müzakirələr nəticəsində saziş layihəsi ilə bağlı bir sıra razılaşma əldə olunub. Müzakirələrin nəticəsi olaraq, ekspertlərin görüşü səviyyəsində müvafiq işlər tamamlanıb və artıq prosesin növbəti mərhələsi başlanılıb. Bu mərhələdə saziş layihəsinə ölkə daxili proseslərə uyğun şəkildə baxılacaq və son tamamlama işləri aparılacaq.
Qeyd edək ki, Belarus nümayəndə heyətinin Azərbaycana ilk səfəri 2007-ci ilin martında reallaşıb və həmin vaxt tərəflər arasında pensiya təminatı sahəsində qarşılıqlı əlaqələri tənzimləyən saziş layihəsinin ilkin variantı hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR