Bank Of Baku

Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb

Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb
# 18 sentyabr 2008 09:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın ilk I dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələrdən nitrat norma daxilində olsa da, ammonium ionları Ağstafaçayda 1,2 dəfə, nitrit ionları isə Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə YVQH-i keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazilərindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq olub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, I Şahsevəndə fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, Bəhramtəpədə isə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə YVQH-i keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpədə 1,7 dəfə, I Şahsevəndə isə 1,8 dəfə YVQH-i keçib. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə 6,3-7,6 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR