Bank Of Baku

“Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb

“Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb
# 18 sentyabr 2008 10:50 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılmış işçi qrup “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın layihəsini hazırlayıb. Layihə baxılmaq üçün dövlət komissiyasına təqdim olunub. Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. O, layihənin müvafiq nazirliklərə, institutlara, nəzdində elmi-tədqiqat müəssisələri olan səhmdar cəmiyyətlərə və şirkətlərə təqdim olunduğunu bildirib: “Onların rəy və təklifləri əsasında strategiya yenidən işlənilib və yekun variant hazırlanıb. Dövlət komissiyasının üzvləri artıq layihə ilə tanış olublar”.

Layihədə elm və texnika sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin normativ-hüquqi bazasının yaradılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi mərkəzlərin qorunması, elmin, təhsilin və istehsalatın inteqrasiyası, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və sair məsələlər əksini tapıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin 10 aprel tarixli sərəncamı əsasında baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə yaradılmış dövlət komissiyasına 6 ay müddətində elmin inkişafı üzrə milli strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsinin hazırlanması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR