Bank Of Baku

Yanvar-iyun aylarında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya faktları ilə bağlı 42 cinayət işinə baxılıb

Yanvar-iyun aylarında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya faktları ilə bağlı 42 cinayət işinə baxılıb
# 18 sentyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu ilin birinci yarısında Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya faktları ilə bağlı 74 şəxs barəsində 42 cinayət işinə baxılıb. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu” adlı beynəlxalq konfransda çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, idarədə 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinə baxılıb. İndiyədək isə 105 şəxs barəsində 58 cinayət işi məhkəmələrə göndərilib. K. Əliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və auditorların əməkdaşlığının vacibliyini vurğulayıb. Prokurorluq rəsmisi bildirib ki, Auditorlar Palatası ayrı-ayrı qurumlara korrupsiya halları ilə bağlı təqdim etdiyi məlumatların bazasını yaradarsa, bu işlərin effektliliyinə daha yaxşı təsir göstərmiş olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR