Bank Of Baku

Azərbaycanda pensiyaların avtomatlaşdırılmış sistemlə verilməsini aktivləşdirmək üçün bankomatların sayı 40% artırılacaq

Azərbaycanda pensiyaların avtomatlaşdırılmış sistemlə verilməsini aktivləşdirmək üçün bankomatların sayı 40% artırılacaq
# 18 sentyabr 2008 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın regionlarında pensiyaların bankomatlar vasitəsi ilə verilməsi prosesini aktivləşdirmək və genişləndirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycan Beynəlxalq Bankı və «Kapital Bank»la danışıqlar aparır. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
«Bizim sifarişimizlə bankomatların sayı daha 170 ədəd artırılmalıdır. Hazırda 100-ə yaxın bankomatın artırılması imkanı var», - deyə DSMF sədri qeyd edib.
S.Müslümovun sözlərinə görə, artıq «Kapital Bank» tərəfindən 75 yeni bankomat gətirilib və onlar tezliklə rayonlarda quraşdırılacaq.
İndiyədək ölkə üzrə pensiyaların avtomatlaşdırılmış sistemlə verilməsi üçün 51-i kənd yerlərində olmaqla 420 bankomat qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR