Bank Of Baku

“Seçki prosesi və polis” mövzusunda keçirilən treninqlər yekunlaşıb

“Seçki prosesi və polis” mövzusunda keçirilən treninqlər yekunlaşıb
# 18 sentyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə işçi qrupun təşəbbüsü və Daxili İşlər Nazirliyinin yardımı ilə keçirilən “Seçki prosesi və polis” mövzusundakı treninqlərin yekununa dair mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, qrupun üzvü Şahin Camalov bildirib ki, treninqlərdə kütləvi aksiyalar zamanı və seçki günü təhlükəsizliyin təmin olunmasında polisin rolu barədə məlumatalar verilib. Xarici ekspertlərin də cəlb olunduğu treninqlər Bakı, Gəncə, Lənkəran və Göyçayda, eləcə də Azərbaycan Polis Akademiyasında və Daxili Qoşunların hərbi hissələrində keçirilib. Beynəlxalq polis təlimçisi Ari Bloyd treninqlərin nəticə verəcəyinə ümid etdiyini deyib: “Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycan polisi seçki zamanı fəaliyyəti haqda məlumatlıdır. Görüşdüyümüz polis əməkdaşlarının qanunvericilikdən xəbərdar olduğunu gördük”. Böyük Britaniya Daxili İşlər Nazirliyinin polis təlimi üzrə mütəxəssisi Riçard Tall isə seçki kampaniyası zamanı və seçki günü polisin prosesə müdaxiləsinin yolverilməz olduğu bildirib: “Polis bitərəf olmaqla demokratiyaya öz töhfəsini verməlidir. Ümid edirik ki, Azərbaycan polisi də seçki zamanı bu amilə diqqət yetirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR