Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır
# 18 sentyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzləşdirilmiş informasiya sistemi yaradılır. Bu barədə «APA-Economics»ə DSMF sədri Səlim Müslümov məlumat verib.
«Artıq bütün rayon şöbələrimizin vahid serveri qurulub. Bu serverə həmin şöbədə olan bütün kompüterlər qoşulub. Sonda bütün şöbələr mərkəzi bazaya birləşdiriləcək», - deyə S. Müslümov vurğulayıb.
DSMF sədri bildirib ki, real vaxt rejimində işləyəcək bu sistem qeydiyyat sisteminiq avtomatlaşdırılması və informasiyaların alınma proseduralarının asanlaşdırılmasını təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR