Bank Of Baku

Naxçıvanın qədim yaşayış məskənində arxeoloji qazıntılara başlanıb

Naxçıvanın qədim yaşayış məskənində arxeoloji qazıntılara başlanıb
# 18 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı- APA. Naxçıvanın Kəngərli rayonunun Şahtaxtlı kəndində yerləşən Coğur Qala qədim yaşayış məskənində arxeoloji qazıntılara başlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O, şəhər tipli bu yaşayış yerinin bizim eradan əvvəl III minilliyin sonu I minilliyin əvvəlinə aid olduğunu bildirib: “Bu abidədə 1978-ci ildə başlayan tədqiqat 1989-cu ildə yekunlaşıb. Bu ildən başlayaraq tarixi yaşayış yerində geniş tədqiqatların aparılması nəzərdə tutulur”.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyasının ərazidə bir ay müddətində ilkin tədqiqat aparması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR