Bank Of Baku

Qədim Şəmkirdə monumental tikili qalıqlarına rast gəlinib

Qədim Şəmkirdə monumental tikili qalıqlarına rast gəlinib
# 18 sentyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Qədim Şəmkir şəhəri ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində monumental tikili qalıqlarına rast gəlinib. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Tarix Dostuyev məlumat verib. O, qədim şəhərin hazırda XII–XIII əsrə aid təbəqələrinin tədqiq olunduğunu bildirib: “İç qalanın divarının şərq hissəsi artıq üzə çıxarılıb. Binanı möhkəmlətmək üçün qədim dövr memarlarının istifadə etdikləri tirin və çiy kərpicdən hörülmüş divarın qalıqları aşkarlanıb. Onların təmizlənməsi davam edir. Bu divarın qalınlığı və möhkəmliyi monumental tikili qalığına rast gəldiyimizi ehtimal etməyə əsas verir”. T. Dostuyev ərazidən XIII əsrə aid müxtəlif ölçülü saxsı qablar, mis pullar, şüşə və tunc bilərziklər aşkarlandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR