Bank Of Baku

Azərbaycanda İKT ixtisasları üzrə xaricdə ali təhsil almaq istəyən gənclər üçün müsabiqə keçirilir

Azərbaycanda İKT ixtisasları üzrə xaricdə ali təhsil almaq istəyən gənclər üçün müsabiqə keçirilir
# 19 sentyabr 2008 08:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və İT şirkətlərinin təşəbbüsü ilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məqsədilə yaradılan İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu müvafiq ixtisaslar üzrə xaricdə bakalavr və magistr dərəcəsi almaq istəyən gənclər üçün müsabiqə elan edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə gələcəkdə namizədlərin dünyanın aparıcı informasiya texnologiyaları yönümlü universitetlərinə göndərilməsi məqsədilə təşkil olunur. Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında 550-dən artıq bal toplamış tələbələr iştirak edə bilərlər. Namizədlər ingilis dilini mükəmməl bilməlidirlər. Müsabiqədə iştirak etmək istəyənlər öz CV-lərini sentyabrın 30-dək [email protected] elektron ünvanına göndərə bilər.
Qeyd edək ki, bu il fəaliyyətə başlayan İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondunun tərkibinə 15-dən çox İT şirkət – «Azercell», «Bakcell», «Azerfon», «Microsoft», AZEL, «SİNAM», «Ultra», «Catel» və s. daxildir. Fond rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycanın yerli kadrlarının xarici ölkələrdəki tanınmış ali məktəblərində təhsil almasına yardım göstərir. Bunun üçün tələb olunan vəsait fond tərəfindən ödəniləcək.
Qeyd edək ki, RİTN-in xətti ilə artıq ABŞ, Koreya və Ukraynada 30-a yaxın azərbaycanlı gənc təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR