Bank Of Baku

Professor Aida İmanquliyevanın xatirəsi yad edilib

Professor Aida İmanquliyevanın xatirəsi yad edilib
# 19 sentyabr 2008 09:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsi yad olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun mətbuat xidmətindən məlumat verilib. AMEA-nın Şərqşünaslıq İnstitutu, Təhsil Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəfatının ildönümündə alimin məzarını ziyarət ediblər. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və təhsil nazirinin müavini İradə Hüseynova A. İmanquliyevanın Azərbaycanın ilk qadın ərəbşünas alimi və nümunəvi ailə başçısı olduğunu bildiriblər.

Qeyd edək ki, A. İmanquliyeva 1992-ci il sentyabrın 19-da 53 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR