Bank Of Baku

Sentyabrın 22-də Azərbaycan Müəllimlərinin XIII qurultayı keçiriləcək

Sentyabrın 22-də Azərbaycan Müəllimlərinin XIII qurultayı keçiriləcək
# 19 sentyabr 2008 09:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 22-də Bakıda Azərbaycan Müəllimlərinin XIII qurultayı keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olacaq. Nazirlər Kabineti, Milli Məclis üzvləri və təhsil sahəsi üzrə digər məsul şəxslərin iştirak edəcəyi qurultayda təhsil naziri Misir Mərdanov məruzə ilə çıxış edəcək.

Nazir məruzəsində normativ-hüquqi bazanın yaradılması, ümumi orta təhsil, proqram və dərslik təminatı, texniki peşə təhsili, ali və orta ixtisas təhsili, diplomdan sonrakı təhsil və kadr təminatı, ali məktəb elmi və elmi-tədqiqatlar, təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi, maddi-tədris bazanın möhkəmləndirilməsi, təhsil sistemində beynəlxalq əlaqələr, məktəbəqədər təhsil və tərbiyə işinin təşkili, Azərbaycan hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində görüləcək işlər barədə məlumat verəcək.

Qeyd edək ki, Azərbaycan Müəllimlərinin Qurultayı beş ildən bir keçirilir. Müəllimlərin XII qurultayı 2003-cü il oktyabrın 4-də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR