Bank Of Baku

ARDNŞ Abşeron yarımadasının ekoloji xəritəsinin təqdimatını keçirib

ARDNŞ Abşeron yarımadasının ekoloji xəritəsinin təqdimatını keçirib
# 19 sentyabr 2008 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Ekologiya İdarəsi Abşeron yarımadasının neftçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış sahələr və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və Abşeron yarımadasının iri miqyasda (1:10000) ekoloji xəritəsinin təqdimatını keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ekologiya İdarəsinin rəisi Azər Əliyev rəhbərlik etdiyi qurumun sifarişi ilə Beynəlxalq Ekoenergetika Akademiyasında xəritənin hazırlanması istiqamətində məqsədyönlü iş aparıldığını bildirib. Görülən işlər çərçivəsində NQÇİ-lərin ərazilərində monitorinqlər aparılıb. Əldə edilən məlumatlar laboratoriya şəraitində analiz edilərək xəritəyə köçürülüb. A.Əliyev bildirib ki, ARDNŞ-in mülkiyyəti hesab edilən xəritə ərazilərdə həyata keçirilən reabilitasiya işlərindən əvvəlki vəziyyəti əks etdirir və coğrafi informasiya sistemində hazırlanmış xəritə daim yenilənməyə və təkmilləşdirilməyə açıqdır.
Xəritə üzərində əsas işlərin ötən ilin sonunda başa çatdırıldığını deyən ARDNŞ-in Ekologiya İdarəsinin rəisi onun Dünya Bankı ilə Ekologiya İdarəsi tərəfindən müzakirə edildiyini, daha sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də öz təkliflərini verdiyini diqqətə çatdırıb.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev Abşeron yarımadasının ərazisinin adıçəkilən xəritədə kompleks tədqiq edildiyini vurğulayıb. F.Əliyev xəritədə NQÇİ-lərin neft, neft məhsulları, lay suları və bərk məişət tullantıları ilə çirklənmiş ərazilərinin göstərildiyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR