Bank Of Baku

Naxçıvanın ən yaşlı sakini 122 yaşında vəfat edib

Naxçıvanın ən yaşlı sakini 122 yaşında vəfat  edib
# 19 sentyabr 2008 12:30 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, MR-in ən uzunömürlüsü sayılan, Şərur rayon Qorçulu kənd sakini, 1886-cı il təvəllüdlü Zeynəb Məmmədova 122 yaşında vəfat edib. Onun 6 övladı, 14 nəvəsi, 30 nəticəsi və 2 kötükcəsi var.

Onun vəfatından sonra Naxçıvan MR-in ən yaşlı sakini Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini, 1898-ci il təvəllüdlü, 110 yaşlı Gültər Haqverdiyevadır. Qeyd edək ki, Naxçıvan MR-də yaşı 100-ü ötmüş 36 uzunömürlü yaşayır. Onlardan 26-sı qadındır.

Əlavə edək ki, bu ilin yanvar ayına olan statistik məlumatlara görə, Naxçıvan MR-in 384 min 458 nəfər əhalisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR