Bank Of Baku

Litva Baş Etika Komissiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Litva Baş Etika Komissiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
# 19 sentyabr 2008 15:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəvəti ilə Litva Respublikasının Baş Etika Komissiyasının nümayəndə heyəti 16-19 sentyabr tarixində Azərbaycanda səfərdə olub. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər dövlət qulluğu məsələləri üzrə Azərbaycanla Litva arasında əlaqələrin qurulması ilə bağlı təşkil olunub. Komissiya sədri Bəhram Xəlilov Litva Baş Etika Komissiyasının sədri Yolanta Petkevicienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. B. Xəlilov komissiyanın funksiyaları və fəaliyyəti, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkili, indiyə qədər keçirilən müsabiqələrin nəticələri və digər məsələlər barədə qonağa ətraflı məlumat verib. Y. Petkeviciene Dövlət Qulluğu Komissiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin demokratik dövlət quruculuğu prosesində öz gərəkli töhfəsini verəcəyinə əminliyini bildirib.
Litvadan gələn nümayəndə heyəti Prezident Aparatında Azərbaycan Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurasının üzvü, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovla və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimovla da görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR