Bank Of Baku

Tovuzda tarixi abidə aşkarlanıb

Tovuzda tarixi abidə aşkarlanıb
# 23 sentyabr 2008 08:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tovuz rayonunun Aşağı Quşçu kəndinin yaxınlığında yeni “Göytəpə” abidəsi aşkar edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu abidə təxminən 2 hektara yaxın ərazini əhatə edir. Fransa mütəxəssislərinin köməyi ilə aparılmış radiokarbon analizinə əsasən abidənin eramızdan əvvəl VI minilliyə aid olduğu aşkarlanıb. Bu yaşayış məskəni insanların ilk oturaq tərzinə keçməsi və əkinçiliklə məşğul olma tarixinin nümunəsidir. Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri, tarixi elmləri namizədi, Fərhad Quliyevin rəhbərliyi ilə aparılan tədqiqat işləri nəticəsində bir-birinə sıx tikilmiş komplekslər, yaşayış evləri, təsərrüfat tikililəri aşkar olunub. Bütün aşkar olunmuş tikililər çiy kərpicdən inşa edilib.
“Göytəpə” yaşayış yeri abidəsi tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. “Göytəpə” abidəsinin qorunması və təbliğ olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Tovuz rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR