Bank Of Baku

“Böyük andron kollayderi”nin nəticələrini tədqiq etmək üçün Azərbaycanda yeni mərkəz yaradılıb

“Böyük andron kollayderi”nin nəticələrini tədqiq etmək üçün Azərbaycanda yeni mərkəz yaradılıb
# 23 sentyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun nəzdində Kompüter Mərkəzi yaradılıb. Bu barədə APA-ya institutun elmi katibi Zaur Süleymanov məlumat verib. Mərkəz Avropa Nüvə Tədqiqatları Təşkilatı tərəfindən hazırlanan elementar hissəciklərin tezləşdiricisi qurğusunda əldə edilən nəticələrin tədqiqi məqsədi ilə yaradılıb. Z. Süleymanov “Böyük andron kollayderi” layihəsində Azərbaycan alimlərinin də iştirak etdiyini bildirib: “Bu ay ilkin sınaqlar keçirildi. Kollayderin iki ay sonra tam gücü ilə işə salınması nəzərdə tutulub. Alimlərin proqnozlarına görə, bu zaman nəticələr hədsiz dərəcədə çox olacaq. Onların tədqiqi üçün dünyanın müxtəlif elmi institutları bu işə cəlb edilib. “QRİD” proqramında qeydə alınan nəticələr bizim mərkəzə də göndəriləcək və tədqiq edilərək geri qaytarılacaq”. Layihənin təşkilatçıları yeni mərkəzi 320 kompüter və müasir avadanlıqlarla təchiz edib. Kompüter Mərkəzinə fizika-riyaziyyat elmləri doktoru, layihənin Dubna və Cenevrə üzrə səlahiyyətli nümayəndəsi Övsət Abdinov rəhbərlik edəcək.
Xatırladaq ki, dünya alimlərini bir araya gətirən bu layihədə Fizika İnstitutunun 6 mütəxəssisi iştirak edir. Alimlər protonların toqquşması ilə “Böyük partlayış”ın miniatürünün yaranacağını və dünyanın yaranma sirrinin açılacağını düşünürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR