Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq

Yaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq
# 23 sentyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərində məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə 2008-ci ilin sentyabr ayının sonunda imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.
M.Cabbarovun sözlərinə görə, zavodun tikintisinə dair bütün sənədlərin hazırlanması artıq başa çatmaq üzrədir: «Yaxın günlərdə məişət tullantılarının emalı zavodunun tikintisinə dair Azərbaycanla Fransanın CNIM şirkəti arasında müqavilə imzalanacaq».
Qeyd edək ki, hazırda Bakı və Bakı ətrafı ərazilərdə 1 mln. tona yaxın məişət tullantıları müşahidə olunur və zavodun məhz bu tullantıların əsasən cəmləşdiyi yerdə (Balaxanı poliqonu) tikintisi planlaşdırılır. Zavodun illik gücü isə 500 min ton olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR