Bank Of Baku

Azərbaycanlı alim Lütfi Zadə yeni elmi nəzəriyyə irəli sürüb

Azərbaycanlı alim Lütfi Zadə yeni elmi nəzəriyyə irəli sürüb
# 23 sentyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə bütün dünyada məşhur olan azərbaycanlı alim Lütfi Zadə ikiqat qeyr-müəyyənlik nəzəriyyəsini irəli sürüb. Alim yeni nəzəriyyənin əsaslarını bu günlərdə Finlandiyanın Helsinki şəhərində keçirilən qeyri-səlis sistemlərin və Soft kompütinqin tətbiqi üzrə VIII beynəlxalq konfransda açıqlayıb. Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev konfransa 30-a yaxın ölkənin nüfuzlu alimlərinin qatıldığını bildirib: “İkiqat qeyri-məntiqi nəzərə alan ikiqat qeyri-müəyyənlik nəzəriyyəsinin hələ başlanğıcı qoyulub. Qeyri-səlis məntiqə əsaslanan idarəetmə sistemləri, intellektual robotlar, intellektual informasiya sistemləri və sair istiqamətlər üzrə fikir mübadiləsi aparıldı. Yeni nəzəriyyənin əsas elmi istiqamətləri, tədqiq sahələri müəyyənləşdirildi. İkiqat qeyri-müəyyənlik nəzəriyyəsi elmin real həyata bir addım da yaxınlaşmasına yardım edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR