Bank Of Baku

Azərbaycanda icbarı tibbi sığortanın tətbiqinə gələn ildən başlanılacaq

Azərbaycanda icbarı tibbi sığortanın tətbiqinə gələn ildən başlanılacaq
# 24 sentyabr 2008 11:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda icbarı tibbi sığortanın tətbiqinə gələn ildən başlanılacağı gözlənilir. APA-nın məlumatına görə, Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, hələlik ilkin mərhələdə icbari tibbi sığortanın tətbiqi üçün pilot rayon kimi Siyəzən seçilib. Amma gələn il yeni layihənin əhatə dairəsinin genişlənməsi mümkündür.

E. Ağayev qeyd edib ki, artıq prezident Səhiyyə Nazirliyinin hazırladığı “Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatları və icbari sığortanın tətbiqi üzrə konsepsiya”nı , Nazirlər Kabineti isə onun icrası üçün tədbirlər planını təsdiqləyib. Hazırda bu tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyi və digər qurumlar müvafiq iş görürlər. E. Ağayevin sözlərinə görə, Dünya Bankının “Səhiyyə sektorunun islahatları” layihəsi çərçivəsində Azərbaycanın 5 pilot rayonunda səhiyyə islahatları ilə əlaqədar iş aparılır. Layihə çərçivəsində üç rayonda 100 çarpayılıq yeni xəstəxananın tikintisi, 35 sağlamlıq mərkəzinin ya təmir, ya da yenidən inşa edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR