Bank Of Baku

Misirin səhiyyə naziri Azərbaycana gələcək

Misirin səhiyyə naziri Azərbaycana gələcək
# 24 sentyabr 2008 11:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin oktyabr ayının 6-da Misir Ərəb Respublikasının səhiyyə naziri Hatəm əl-Qəbari Azərbaycana səfərə gələcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
E.Ağayevin sözlərinə görə, səhiyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə misirli iş adamları da daxil olacaq. Nazir müavinin sözlərinə görə, Misir Azərbaycanda dərman zavodunun inşasına maraq göstərir. Səfər zamanı bu layihənin icrasına dair müzakirələr aparılacaq. Hazırda ölkədə yerli dərman istehsalının 5%-dən az olduğunu nəzərə çatdıran E.Ağayev deyib ki, Azərbaycanda dərman istehsalına maraq göstərən digər ölkələrin şirkətləri də var: «Azərbaycan maraq göstərən uyğun şirkətlərə hər zaman qapısını açır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR