Bank Of Baku

Azərbaycanda təhsil sistemindəki problemlərlə bağlı dövlət proqramları hazırlanır

Azərbaycanda təhsil sistemindəki problemlərlə bağlı dövlət proqramları hazırlanır
# 24 sentyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil sistemində mövcud olan bir sıra problemlə bağlı müvafiq dövlət proqramları hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, hazırda Təhsil Nazirliyi hazırladığı Ali təhsilin inkişafı üzrə Dövlət Proqramının layihəsini ölkə hökumətinə təqdim edib: «Təhsilin digər problemləri, məsələn, müəllim hazırlığı, ixtisasartırma və təkmilləşdirmə ilə bağlı dövlət proqramları üzərində də iş aparılır. Yəqin, yaxın vaxtlarda bu proqramlar da hökumətə təqdim olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR