Bank Of Baku

Sabah Çexiyanın ətraf mühit nazirinin müavini Azərbaycana gələcək

Sabah Çexiyanın ətraf mühit nazirinin müavini Azərbaycana gələcək
# 24 sentyabr 2008 11:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Sentyabr ayının 25-də Çexiyanın ətraf mühit nazirinin müavini Yan Dusik Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, səfərin məqsədi Azərbaycan və Çexiyanın müvafiq nazirlikləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması və gələcək əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Səfər zamanı Y.Dusiki iqamətgahı Praqa şəhərində yerləşən Çexiyanın Azərbaycanda akkreditə olunmuş səfiri Radek Matulo müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR