Bank Of Baku

Bakıda İsrail rejissorunun filminə baxış keçirilib

Bakıda İsrail rejissorunun filminə baxış keçirilib
# 24 sentyabr 2008 16:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Dillər Universitetində İsrail rejissoru Eran Kolirinin “Qrupun səfəri” adlı filminə baxış keçirilib. APA-nın məlumatına görə, baxışda Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Diplomatiya Akademiyasının 200-ə yaxın tələbəsi, eləcə də Azərbaycandakı yəhudi icmasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Qrupun səfəri” İsraildə 2007-ci ilin ən yaxşı filmi seçilib və Kann festivalında mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR