Bank Of Baku

Azərbaycanda sentyabrın sonuna kimi havalar qeyri-sabit keçəcək

Azərbaycanda sentyabrın sonuna kimi havalar qeyri-sabit keçəcək
# 25 sentyabr 2008 08:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 24-də axşam saatlarından başlayaraq, Aralıq dənizi rayonlarında formalaşan siklonik sahənin tədricən yaxınlaşması ilə əlaqədar sentyabrın 30-dək qeyri-sabit və tutqun havalar üstünlük təşkil edəcək. Havanın temperaturunun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 20-24, Aran rayonlarında 22-27, dağlıq ərazilərdə 12-17 dərəcə intervalında dəyişəcək. Sentyabrın 30-dək fasilələrlə yağış yağacağı, bəzi rayonlarda əsasən, gecə və axşam saatlarında leysan xarakterli olacağı ehtimal olunur. Sentyabrın 25-də şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Sentyabrın 26-da külək mülayimləşəcək. Sentyabrın 28-i günün ikinci yarısından etibarən yenidən şimal-qərb küləyinin güclənəcəyi, 29-u axşam saatlarından isə güclü cənub-qərb və qərb küləyi ilə əvəz olunacağı gözlənilir. İntensiv yağışlar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR