Bank Of Baku

Tovuzda Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binanın açılışı olub

Tovuzda Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binanın açılışı olub
# 26 sentyabr 2008 12:57 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı –APA. Bu gün Tovuz rayonunda əlil və şəhid ailələri üçün tikilən 4 mərtəbəli 36 mənzilli bina istifadəyə verilib. APA-nın qərb bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov iştirak edib. Nazir 30 Qarabağ əlilinə, 6 şəhid ailəsinə mənzil orderləri təqdim edib. F. Ələkbərov APA-nın əməkdaşına bildirib ki, binanın smeta dəyəri 1 milyon 400 manatdır. Nazir qeyd edib ki, bu ilin sonuna kimi bu tipli 456 mənzil də sahiblərinə təqdim olunacaq.
Qeyd edək ki, hazırda Tovuz rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir 16 mərtəbəli bina inşa edilir. Rayonda 116 Qarabağ əlili və şəhid ailəsi mənzil növbəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR