Bank Of Baku

Mingəçevirdə əmək yarmarkası keçirilib

Mingəçevirdə əmək yarmarkası keçirilib
# 26 sentyabr 2008 13:18 (UTC +04:00)
Mingəçevir. Teymur Zahidoğlu-APA. Mingəçevir şəhərində əmək yarmarkası keçirilib. Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov APA-nın yerli bürosuna bildirib ki, əmək yarmarkasında iştirak edən 700-dən çox vətəndaşa 500-ə qədər iş yeri təklif edilib. Bu günədək isə 64 müəssisə vakant iş yerlərinin olması haqda Məşğulluq Mərkəzinə məlumat verib. İ. Məmmədovun sözlərinə görə, bu il sentyabrın 1-ədək 538 nəfər işsiz şəhər Məşğulluq Mərkəzinə müraciət edib. Onlardan bir çoxu müvafiq müəssisə və təşkilatlarda iş yerləri ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR