Bank Of Baku

«Azəristiliktəchizat» növbəti istilik mövsümünə hazırdır

«Azəristiliktəchizat» növbəti istilik mövsümünə hazırdır
# 26 sentyabr 2008 13:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azəristiliktəchizat» ASC 2008-2009-cu illər üçün istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrini qışa hazırlıq vəziyyətinə gətirib.
«Azəristiliktəchizat»ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev «APA-Economics»ə bildirib ki, artıq işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində profilaktiki təmir işləri başa çatdırılıb. Hazırda magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilir. Qış mövsümündə problem yarada biləcək istilik xətləri isə dəyişdirilərək yenisi ilə əvəz olunur.
R.Əliyev bildirib ki, bu il ölkədə qış mövsümünə hazırlıqla əlaqədar «Azəristiliktəchizat» tərəfindən 55 məktəb, 44 uşaq bağçası, 37 səhiyyə və 35 digər sosial obyektlər üzrə 8 yeni qazanxana tikilib, 9 obyektdə yeni modul tipli qazanxanalar quraşdırılıb.
Bundan əlavə, 9 qazanxana yeni müasir tipli avadanlıqlarla təchiz olunaraq modernləşdirilib, 3 istilik məntəqəsi modernləşərək yeni qazanxanaya çevrilib. Ölkədə 105 obyektin (10 məktəb, 44 uşaq bağçası, 19 səhiyyə obyekti, 32 digər sosial obyekt) binadaxili istilik sistemi yenidən qurulub, 36 obyektin (26 məktəb, 9 səhiyyə və 1 digər obyektin) qazanxanasına yeni qaz xətti çəkilib, 1 istilik məntəqəsi əsaslı təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR