Bank Of Baku

Sabah ədliyyə orqanlarında işə qəbulla bağlı test imtahanı keçiriləcək

Sabah ədliyyə orqanlarında işə qəbulla bağlı test imtahanı keçiriləcək
# 26 sentyabr 2008 14:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, imtahanda iştirak üçün 256 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 197 nəfəri kişi, 59 nəfəri qadındır. Üç saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq.
Namizədlərin balları hesablandıqda hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0,5 balla qiymətləndiriləcək. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. Ümumi nəticədə 55 və daha çox bal toplamış namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılacaq. İmtahanın nəticələri sabah TQDK-nın internet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR