Bank Of Baku

Zaqatalada ARDNŞ-in vəsaiti hesabına inşa olunan iki məktəb binasının açılış mərasimi keçirilib

Zaqatalada ARDNŞ-in vəsaiti hesabına inşa olunan iki məktəb binasının açılış mərasimi keçirilib
# 10 oktyabr 2008 00:40 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Zaqatalada iki məktəb binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın yerli bürosuna Zaqatala rayon icra hakimiyyətindən məlumat verilib. Rayonun Muxax kəndində 1928-ci ildə tikilən əsas məktəb binası yararsız vəziyətdə olduğu üçün məktəb binasısı sökülərək, yerində ən qısa müddət ərzində yeni bina tikilib. 500 yerlik məktəb binası ARDNŞ-in vəsaiti hesabına inşa olunub. Bu gün rayonun Muxax kəndində sözü gedən məktəb binasının açılış mərasimi keçirilib. Açılış mərasimində ARDNŞ-nin vise-prezidenti Qorxmaz Hüseynov, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, müfafiq idarə və təşkilat nümayəndələri iştirak edib. Daha sonra ARDNŞ-nin vise-prezidenti Qorxmaz Hüseynov və rayon icra başçısı Asif Əsgərov rayonun Car kəndində ARDNŞ-nin fondu fesabına əsaslı təmir olunan və müasir avadanlıqlarla təchiz edilmiş 350 yerlik əsas məktəb binasının açılış mərasimində iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR