Bank Of Baku

Naxçıvanda «İlin iş adamı» müsabiqəsi keçiriləcək

Naxçıvanda «İlin iş adamı» müsabiqəsi keçiriləcək
# 10 oktyabr 2008 07:23 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) ilk dəfə olaraq sahibkarlar arasında «İlin iş adamı» müsabiqəsi keçiriləcək. APA-nın yerli bürosunun məlumatına görə bunu Naxçıvan MR sahibkarları ilə təşkil olunan görüşdə Naxçıvan MR-in iqtisadi inkişaf naziri Famil Seyidov deyib. Müsabiqənin keçirilməsinin sahibkarların və iş adamlarının faydalılıq əmsalının müəyyən edilməsi məqsədi daşıdığını deyən nazir qalibin Naxçıvan MR Ali Məclisi, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Sahibkarlar Konfederasiyaları tərəfindən mükafatlandıracağını bildirib. F. Seyidov belə müsabiqələrin hər il təşkil olunacağını söyləyib.
Qeyd edək ki, hazırda Naxçıvan MR-də 15 min sahibkarlıq subyekti mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR