Bank Of Baku

Naxçıvan MR Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyində «Qaynar xətt» yaradılıb

Naxçıvan MR  Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyində «Qaynar xətt»  yaradılıb
# 10 oktyabr 2008 21:20 (UTC +04:00)
Naxçıvan-APA. Naxçıvan Muxtar Respublikası (MR) Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyində «Qaynar xətt» fəaliyyətə başlayıb. Təşkilatdan APA-nın yerli bürosuna verilən məlumata görə, məqsəd regionda əhalinin ərzaq və qeyri-ərzaq məhsulları ilə etibarlı təminatını təmin etmək, məhsulların , habelə xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirməkdir. Təşkilatdan bildirilib ki, «Qaynar xətt»ə müraciət edən vətəndaşlar, fiziki və hüquqi şəxslər muxtar respublikada istehsal olunan, həmçinin xaricdən ölkəmizə gətirilən məhsulların keyfiyyəti, onların dövlət standartlarının və müvafiq sənədlərin tələblərinə cavab verib-vermədikləri haqqında məlumatlar ala və ya verə bilərlər. Məlumatlar 45-45-09 nömrəsinə koordinatora qoşulmaqla, habelə, yazılı şəkildə qəbul ediləcək. Anonim zəng və məlumatlar isə nəzərə alınmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR