Bank Of Baku

Astaranın iki kəndinə təbii qaz verilişi bərpa olunub

Astaranın iki kəndinə təbii qaz verilişi bərpa olunub
# 10 oktyabr 2008 22:00 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. On beş illik fasilədən sonra bu gün Astara rayonunun Kijəbə qəsəbəsinə və Qapıçıməhəllə kəndinə təbii qazın verilişi bərpa olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və Astaradan millət vəkili seçilən Vasif Əliyev çıxış edərək yerli sakinləri təbrik ediblər. Tədbirdə ilkin mərhələdə Kijəbə qəsəbəsində 141, Qapıçıməhəllə kəndində isə 54 evin təbii yanacaqla təmin edildiyi, ilin sonuna kimi isə rayonun Siyəkü, Şahağacı, Pensər və Kakalos kəndlərinə də qazın verilişinin bərpa olunacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR