Bank Of Baku

TQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq

TQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq
# 10 oktyabr 2008 10:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2000-ci ildə test bankını çap edib. Biz bu testləri imtahana hazırlıq kimi deyil, pedaqoji işçiləri onlarla tanış etmək üçün açıqladıq. Hazırda həmin test bankı bugünki test bankının 30 faizini təşkil edir. Gələcək imtahanlarda isə o test bankından bir sual da istifadə ediılməyəcək”. APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında TQDK-nın sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri təəssüflə qeyd edib ki, bu gün repetitorluqla məşğul olan müəllimlər açıq test bankından abituriyentləri hazırlaşdırmaq üçün istifadə edirlər. Bunu səhv yol sayan M. Abbaszadənin sözlərinə görə, ötən müddətdə saxta test bankı dərc edənlər də çox olub: “Müəllimlər test banklarını toplayırlar və hesab edirlər ki, artıq bankın bir hissəsi onlarda var. Ancaq hansı müəllimlər “məndə test bankı var, sizi hazırlaşdıracağam” deyirsə, onlar düzgün hazırlaşdırmırlar. Abituriyent test tapşırıqlarını əzbərləməli deyil, qəbul proqramlarını mənimsəməlidir”. M. Abbaszadənin sözlərinə görə, artıq qapalı bankda kifayət qədər sual olduğu üçün açıq test bankından istifadə etməmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR