Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək

Ali məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək
# 10 oktyabr 2008 11:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanları zamanı təqdim edilən test tapşırıqlarında müəyyən dəyişikliklər edəcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dəyişikliklər testin təqdim olunma forması, onun metodiki cəhətdən işlənməsi ilə bağlı olacaq. O, model testlərin “Abituriyent” jurnalının gələn il çıxacaq 1-ci və 2-ci saylarında çap ediləcəyini söyləyib: “İndiyə qədər istifadə edilən testlərdə təklif olunan cavablardan biri seçilirdi. Amma elə testlər var ki, cavab yazılmır. Sual verilirsə, cavabı yazılmalıdır”.

M. Abbaszadə ümumilikdə qəbul imtahanlarının məzmununda, ixtisas qruplarında heç bir dəyişiklik olmayacağını vurğulayıb: “Növbəti tədris ili üçün qəbul imtahanlarında ötənilki modeldən istifadə olunacaq. Biz hər il elmi-metodiki seminarlarda müxtəlif modelləri müzakirə edirik. Amma hüququ qərar olmadan heç bir dəyişiklik tətbiq edilə bilməz”.

Yanvarda fənlər üzrə qəbul proqramlarının da çap ediləcəyini açıqlayan M. Abbaszadənin sözlərinə görə, imtahanların təhlükəsizliyinə təsir göstərməmək şərti ilə sənəd verilmə prosesi sadələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR