Bank Of Baku

Azərbaycanda Standartlar üzrə Məlumat Mərkəzi yaradılır

Azərbaycanda Standartlar üzrə Məlumat Mərkəzi yaradılır
# 10 oktyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Standartlar üzrə Məlumat Mərkəzinin yaradılması layihəsi yaxın vaxtlarda ölkə hökumətinə təqdim olunacaq. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) beynəlxalq əlaqələr sektorunun müdiri Sabiq Abdullayev məlumat verib.
«Ümumdünya Ticarət Təşkilatının «Ticarətdə Texniki Maneələr» (TBT) Sazişinə uyğun olaraq yaradılacaq Məlumat Mərkəzi ölkədə mövcud olan standartlar, texniki şərtlər, uyğunluğun qiymətləndirilməsi qaydalarına dair məlumatları özündə cəmləşdirəcək. Mərkəz digər üzv-ölkələrin müvafiq müraciəti əsasında onları təqdim edəcək», - deyə S.Abdullayev vurğulayıb.
Agentlik nümayəndəsinin sözlərinə görə, hazırda bu istiqamətdə Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə iş aparılır. Ötən gün GTZ-nin təşkilatçılığı ilə Almaniyadan bir qrup eksperti Azərbaycana gəlib.
S.Abdullayev bildirib ki, almaniyalı ekspertlər oktyabrın 22-dək Bakıda olacaq. Bu müddət ərzində Məlumat Mərkəzinin yaradılması layihəsi, fəaliyyət planı hazırlanacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR