Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üçün Avropa İttifaqının «Twinning» layihəsinin təqdimatı keçiriləcək

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üçün Avropa İttifaqının «Twinning» layihəsinin təqdimatı keçiriləcək
# 10 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) yaxın vaxtlarda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və yardımı ilə həyata keçirilən «Twinning» layihəsinin təqdimatını keçirəcək. Bu barədə «APA-Economics»ə agentliyin beynəlxalq əlaqələr sektorunun müdiri Sabiq Abdullayev məlumat verib.
Avropa Qonşuluq Siyasətinin texniki yardım üzrə aləti olan «Twinning» layihəsinin həyata keçirilməsi məqsədilə Agentlikdə Aİ-nin ekspertləri tərəfindən Texniki Şərtlər hazırlanıb. Müddəti 2 il olacaq layihənin icraçısı Almaniya-Avstriya konsorsiumudur.
Layihə çərçivəsində SMPDA-ya standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya sahələrinin Aİ-nin tələblərinə uyğunlaşdırılması məqsədilə institusional yardım göstəriləcək.
Layihənin həyata keçirilməsi üçün Aİ tərəfindən 1,4 mln. avro məbləğində qrant ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR