Bank Of Baku

Azərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb

Azərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb
# 10 oktyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan paytaxtında gözdən əlil insanlar üçün 30-dək səsli işıqfor quraşdırılıb. Bu barədə APA-ya açıqlamasında Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə quraşdırılan bu işıqforların gözdən əlillərin küçələri təhlükəsiz şəraitdə keçməsinə imkan yaratdığını deyən S. Abdullayev yaxın gələcəkdə işıqforların sayının artırılmasının nəzərdə tutulduğunu bildirib. Cəmiyyət sədri belə işıqforlarda bəzən texniki problemlərin yarandığını da bildirib: “Bu işıqforların səsi zəif çıxdığı üçün bəzən gözdən əlil insanlar eşitmir. Biz istəyirik ki, səsli işıqforlar beynəlxalq standartlara tam cavab versin”.

S. Abdullayev yeni inşa olunan yollarda gözdən əlil insanların sərbəst keçidini təmin edəcək vasitələrin quraşdırılmasının da vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR