Bank Of Baku

Kürdəmirin təbii qazdan istifadə edən kəndlərinin sayı 18-ə çatıb

Kürdəmirin təbii qazdan istifadə edən kəndlərinin sayı 18-ə çatıb
# 10 oktyabr 2008 23:00 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayonunun mərkəzindən 38 kilometr məsafədə yerləşən Böyük Kəngərli və İsmayıllı kəndlərinə 15 ildən sonra təbii qaz verilişi bərpa olunub. APA-nın yerli bürosunun xəbərinə görə, kəndlərin qazlaşdırılması üçün 11, 5 kilometr uzunluğunda olan köhnə qaz xətləri təmir olunub, ötürücü qurğular yenilənib, sayğaclar quraşdırılıb. Kəndlərin ümumilikdə 1000-ə yaxın sakini mavi yanacaqdan istifadə edəcək. Bununla da Kürdəmir rayonunda təbii qazdan istifadə edən kəndlərin sayı 18-ə çatıb. Bu il rayonun 6 kəndinə təbii qaz verilişi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR