Bank Of Baku

Naxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib

Naxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına  getmə  prosedurası sadələşdirilib
# 11 oktyabr 2008 08:01 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında çalışan həkimlərin Türkiyəyə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib. Naxçıvan MR Səhiyyə Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, əvvəllər kurslara göndərişlər nazirlikdə xüsusi icazə prosedurası ilə müxtəlif ixtisaslara uyğun məqsədli proqram əsasında həyata keçirilirdisə, artıq istənilən həkim nazirliyə müraciət etməklə müvafiq icazə əsasında təcrübə kurslarında iştirak edə bilər. Bu zaman onlar yalnız məişət xərclərini özləri ödəməli olacaqlar. Kurslar isə Türkiyənin Kocaeli Universiteti ilə qarşılıqlı razılaşmaya əsasən həmin universitetin xəstəxanasında pulsuz təşkil olunur. Bundan əlavə tamamilə dövlət hesabına kurslara göndərişlər həyata keçirilir ki, bu, ildə iki dəfə baş tutur. Belə kurslar Ankarada təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR