Bank Of Baku

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yeni baza məlumatlarının idarəetmə sisteminin açılış mərasimi keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yeni baza məlumatlarının idarəetmə sisteminin açılış mərasimi keçirilib
# 11 oktyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kargüzarlıq və qeydiyyat işinin avtomatlaşdırılması məqsədi ilə yeni baza məlumatlarının idarəetmə sisteminin açılış mərasimi keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, mərasimdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov iştirak edib. Penitensiar Xidmətin rəisi bildirib ki, bu sistemin tətbiqi kargüzarlıq işinin səmərəliliyinin daha da yüksəldilməsinə, sənədləşmənin keyfiyyətinin artırılmasına köməklik edəcək.

Mərasimdə qeyd olunub ki, statistik hesabatların düzgünlüyünü, müxtəlif səpgili sənədlərin və informasiyanın qorunmasını təmin edən bu sistemə Penitensiar Xidmətə tabe olan qurumların katiblikləri də on-line rejimində qoşula biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR