Bank Of Baku

Nehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib

Nehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib
# 11 oktyabr 2008 08:26 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) ən iri kənd yaşayış məntəqəsində 7 sosial obyektin açılışı olub. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Babək rayonun Nehrəm kəndində əsaslı yenidənqurmadan sonra 2400 kvadratmetr ərazini əhatə edən 3 korpusdan ibarət 20 çarpayılıq xəstəxana, 9 xidmət sahəsini özündə birləşdirən kənd mərkəzi, Məişət Evi, Ticarət Mərkəzi, Nehrəm kənd Uşaq-Musiqi Məktəbi, C. Məmmədquluzadənin xatirə muzeyi və Nehrəm kənd bazarı istifadəyə verilib.

Kənddə 8 şəhidin büstünün ucaldığı, 12 min kvadratmetr sahəni əhatə edən Şəhidlər Kompleksinin və 8 kilometrlik daxili kənd yolunun da açılışı olub. Qeyd edək ki, Nehrəm Naxçıvan Muxtar Respublikasının ən böyük kəndi hesab olunur. Burada 13 min 300 nəfər yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR