Bank Of Baku

Qədim Şəmkir şəhərinin xarabalıqlarında IX-X əsrlərə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilib

Qədim Şəmkir şəhərinin xarabalıqlarında IX-X əsrlərə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilib
# 11 oktyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Qədim Şəmkir şəhərinin Narın qala hissəsində aşkar edilmiş qalanın 3 metr hündürlüyündə divarı torpaqdan təmizlənib. Ərazidən həmçinin IX-X əsrlərə aid çoxlu maddi-mədəniyyət nümunələri, saya kətan, əmək alətləri, bıçaqlar, bəzək əşyaları aşkar edilib. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Tarix Dostuyev məlumat verib.

O, qədim şəhərin xarabalıqları üzərində aparılan tədqiqatın dünya arxeoloqlarının da diqqətində olduğunu bildirib: “Beynəlxalq mütəxəssislər bizim ekspedisiyanın miqyasına və qədim yaşayış məskəninə böyük maraq göstərirlər. Şəmkir şəhərinin qalıqları və aşkar edilən maddi tapıntılarla tanış olan Fransa arxeoloqları abidənin dünya əhəmiyyətli olduğunu söylədilər. Hələlik tədqiqatlarımız davam edir, arxeoloji qazıntılar bu ayın sonuna qədər davam etdiriləcək”.

T. Dostuyevin sözlərinə görə, hələlik 1 metr qalınlığında tədqiq olunan Şəhristan hissəsində isə çay daşlarından bünövrə qalıqlarına və XII-XIII əsrə aid müxtəlif maddi mədəniyyət nümunələrinə rast gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR