Bank Of Baku

BMT nümayəndəsi cəbhə xəttində yerləşən kəndlərə baş çəkib

BMT nümayəndəsi cəbhə xəttində yerləşən kəndlərə baş çəkib
# 13 oktyabr 2008 07:46 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı –APA. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə BMT-nin Azərbaycandakı İctimai İnformasiya Departamentinin rəhbəri Elvira Selimoviç Tovuz rayonuna səfəri çərçivəsində Ermənistanla sərhəddə yerləşən Koxa Nəbi, Əlibəyli, və Ağdam kəndlərinə baş çəkib. APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yerli sakinlərlə görüşən BMT-nin nümayəndəsi Elvira Selimoviçə ermənilərin cəbhə xəttində törətdikləri yanğınlar, əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarına yaradılan çətinliklər barədə məlumat verilib. Daha sonra qonaq ermənilərin atəşkəsi pozması nəticəsində zədələnən evlərə baş çəkib. E. Selimoviç APA –nın yerli bürosuna sərhəddə gördüyü vəziyyətdən təəssüf hissi keçirdiyini bildirib: “İnsanları atəş altında saxlamaq təhlükəlidir. Heç bir insan, xüsusən də uşaqlar belə bir şəraitdə yaşamamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR